M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub.

Aprelin 4-də keçirilən konsertdə Əməkdar artist Nərgiz Kərimova, solistlər Rəvan Qaçayev, Nurlana Abdullayeva, Elşad Şıxəliyev, Yaşar Yusub, aşıq Samirə, Anar Yusub, Zabitə Alıyeva, Vəfa Vəzirova və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu (xormeyster: Əməkdar artist Naala Baratelia) çıxış ediblər.

İfaçıları dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Azərbaycan bəstəkarlarının əsərlərinə yer verildiyi konsert proqramı alqışlarla qarşılanıb.