Aprelin 8-də “Cihan” uşaq bağçasının Azərbaycan və rus bölmələrinin məktəbəqədər qrupları və paytaxtdakı 317 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
Kiçikyaşlılar “nağıl otağı”nda nağılları dinlədikdən sonra kitablarla tanış olublar. Kitabxananın elmi işlər üzrə direktor müavini oxuculara müxtəlif uşaq ədəbiyyatı nümunələri və görkəmli maarifçi, ədəbiyyatşünas Firidun bəy Köçərli haqqında ətraflı məlumat verib. Bildirib ki, F.Köçərli Azərbaycanda maarifin, elm və mədəniyyətin inkişafına mühüm töhfələr verib.
Daha sonra məktəbəqədər qrupun uşaqları cizgi filmi, məktəblilər isə uşaq filmlərini izləyiblər.
Ekskursiyanın keçirilməsində əsas məqsəd uşaqları kitabxana ilə tanış etmək və onlara kitabları sevdirməkdir.