Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ilə görüş keçirilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Millət vəkili çıxışında ictimai fəaliyyəti haqqında məlumat verib, həyata keçirilən islahatlar, görüləcək işlər barədə danışıb.

Fazil Mustafa daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.