M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Təhsilə gedən yol mütaliədən keçir” adlı tədbir keçirilib.

Tədbirdə NMR Kitabxanasının direktoru Tamella Əsgərova və NDU Elmi Kitabxanasının direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək mütaliənin əhəmiyyətini vurğulayıb, onun yeni ideyaların yaranmasına töhfə verməsindən, şəxsiyyətin formalaşmasında, estetik zövqün zənginləşməsində rolundan danışıblar.

Muxtar Respublika Kitabxanası Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova və Elmi kitabxananın elektronlaşdırma üzrə mütəxəssisi Nəzakət İbrahimova müasir dövrdə mütaliə imkanlarından söz açaraq bu imkanların təhsilə verdiyi töhfələri qeyd ediblər.

Tədbir daha sonra NDU-nun kitabxanaçılıq və informasiya ixtisası üzrə tələbələrinin iştirakı ilə müzakirə formasında davam etdirilib.