Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: tolerantlıq və dini-mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan tarixən milli və dini baxımdan tolerant bir ölkə kimi bütün dünyada tanınıb.
Daha sonra tədbir mövzu ətrafında diskussiya şəklində davam edib.
Sonda tədbir iştirakçıları Ulu öndərin ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri əks etdirən ekspozisiya ilə tanış olublar.