Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı konsert proqramı keçiriləcək.

"Azkonsertshow" və "Maestro Music – Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçiriləcək gecədə görkəmli bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.

Bakı Sinfonietta Orkestrinin müşayiəti ilə gerçəkləşəcək konsertdə tanınmış incəsənət ustaları musiqisevərlərin könlünü oxşayacaq nəğmələr təqdim edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.