Qax Dövlət Kukla Teatrında gürcü müəllif Çernyak Gilodinin Orta Asiya xalqlarının nağılları əsasında ərsəyə gətirdiyi “Güllü və Güloğlan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa aprelin 6-da ictimaiyyətə təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.