Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İ.Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ümid yeri” uşaq sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Bir ovuc təbəssüm” adlı bayram tədbiri keçirilib.
Müqəddəs Ramazan bayramı münasibətilə təşkil olunan tədbirin aparıcısı iştirakçıları təbrik edərək bütün balalara sağlam, xoşbəxt və sülh içində bir həyat arzulayıb.
Daha sonra uşaqlar üçün əyləncəli proqram təqdim olunub. Mədəniyyət Mərkəzi solistlərinin ifaları bayram tədbirinə əlavə rəng qatıb.
Sonda Mədəniyyət Mərkəzinin kollektivi uşaqlara bayram sovqatı təqdim edib.