Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS tərəfindən Mərkəzi Kitabxananın abonement bölməsinin fondunda Xalq yazıçısı Çingiz Abdullayevin 65 illik yubileyinə həsr olunmuş kitab sərgisi açılıb.
Qeyd olunub ki, yazıçının ilk böyük əsəri "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Çingiz Abdullayev ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifidir. Onun əsərləri dünyada bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılanır. Kitabları Almaniya, İrlandiya, Fransa, Rusiya və s. ölkələrdə kütləvi tirajla çap olunub. Əsərləri 32 dilə tərcümə edilib. Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adı, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.
“Çingiz Abdullayev – 65” adlı sərgidə müəllifin kitabxananın fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları yer alır. Sərgi aprel ayı ərzində davam edəcək.