Özbəkistanın qədim Səmərqənd şəhəri "MDB-nin mədəniyyət paytaxtı" statusunu qəbul edib.
1-6 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərinə statusun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı da iştirak edib.
Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin rəngarəng çıxışı böyük maraqla qarşılanıb.