Mayın 7-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində (BMM) beynəlxalq və respublika müsabiqələri laureatı, müğənni-pedaqoq Humay Aslanovanın “Humayla” adlı ilk solo konserti keçiriləcək.
BMM-dən bildirilib ki, konsert müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunur.
Bu il səhnə fəaliyyətinin 30 illik yubileyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlir.
Konsertdə ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyaları təqdim olunacaq.