Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” çərçivəsində mayın 17-də “Muğam mühazirələri” adlı gecələrin növbəti təqdimatı olacaq.

Budəfəki mühazirə-konsert “Şur” muğamına həsr olunacaq. Ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxış və ifalar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları, təsniflər təqdim olunacaq.

Qeyd edək ki, “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşir.

Lalə