Lənkəran şəhər Mərkəzi Kitabxanasında “Mədəniyyətimiz uğurlara doğru” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Salman Məmmədoğlu ilə görüş keçirilib.
Kitabxananın direktor əvəzi Arzuyə Rufullayeva layihə haqqında məlumat verib, ziyalı və yaradıcı insanlarla görüşlərin əhəmiyyətini vurğulayıb.
Çıxışlarda Salman Məmmədoğlunun yaradıcılığından söhbət açılıb. Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Kərimli, Səbinə Əzimova şairin şeirlərini səsləndiriblər.
Salman Məmmədoğlu görüşün təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib, kitablarını tədbir iştirakçıları üçün imzalayıb.