Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanasında Xalq yazıçısı Mehdi Hüseynin (1909–1965) anadan olmasının 115 illiyi münasibətilə “Ədəbiyyatımızın düşünən beyni” adlı kitab müzakirəsi keçirilib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhər parkında Mehdi Hüseynin abidəsini ziiyarət ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Mehdi Hüseyn “Abşeron”, “Qara daşlar”, “Yeraltı çaylar dənizə axır” və s. kimi əsərlərlə yanaşı, “Fətəli xan”, “Qara daşlar”, “Səhər” kimi kino ssenarilərinin müəllifidir. Ədib “Abşeron” romanına görə Dövlət mükafatına layiq görülüb. Bildirilib ki, dahi Azərbaycan şairi Nizamiyə həsr etdiyi “Nizami”, Qafqaz Albaniyasının yenilməz sərkərdəsi Cavanşirə həsr etdiyi eyniadlı tarixi dramları da müəllifə şöhrət qazandırıb.
Nurəddin