Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şirvan Peşə liseyində “Azərbaycanın inkişafında və milli dövlətçiliyin gücləndirilməsində Ulu öndər Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin müasir dünya tarixində dahi şəxsiyyət, müdrik dövlət xadimi kimi silinməz iz qoyduğunu bildiriblər. Vurğulanıb ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.
Liseyin tələbələri Ulu öndərə həsr olunan şeirlər söyləyiblər.
Nurəddin