Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı aprelin 16-da sərəncam imzalayıb.
Aydın İbadov bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.
Prezidentin imzaladığı digər sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri təyin edilib. Fərhad Adıgözəlov bu təyinatadək Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (2021-ci ildən) olub.