Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsində Dağıstan Respublikasının (RF) yazıçıları da iştirak edir.

Uşaq və yeniyetmələr üçün “Orlyonok-Dağıstan” (“Орлёнок-Дагестан”) respublika qəzetinin məsul katibi, Rusiya Yazıçılar İttifaqının üzvü, yazıçı Lyubov Ostrevnayanın “Tənbəl və çay” nağılını layihəyə təqdim edib.

Müəllif nağılda iqlim dəyişməsinin ətraf mühitə mənfi təsirini göstərir. O, əməksevərliyə və insan kimi küsə bilən təbii sərvətlərə, dağlara, ağaclara, çay və dənizlərə qayğı ilə yanaşmağa çağırır. Nağılçının insanlara daha bir tövsiyəsi nəfəs aldığımız havanın qayğısına qalmaqdır.

Oxucular aşağıdakı keçidə daxil olaraq nağılı oxuya bilərlər: https://drive.google.com/file/d/1ZbEBz3H3wMNz0sJwY7ZiNASLrKvH7iY9/view?usp=sharing.