Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilən “Qonağımız var” layihəsi davam edir. Layihə çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış yazıçı, jurnalist Həmid Herisçi ilə görüş keçirilib.

Rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı çıxış edərək Həmid Herisçinin jurnalist fəaliyyəti və ədəbi yaradıcılığı haqqında məlumat verib.

Sonda Həmid Herisçi iştirakçıların suallarını cavablandırıb.