Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatr kollektivlərinin qastrol səfərləri davam edir. Qastrol proqramına uyğun olaraq, Salyan Dövlət Kukla Teatrının kollektivi aprelin 19-da Qusar Dövlət Ləzgi Dram Teatrında Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu” tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, rəssam Gülay Abasova, musiqi tərtibatçısı Elvin İsayev, rejissor assistenti Aynur Ağalarovadır.
Səhnə əsərində rolları Röyal Qurbanov, Nərmin Hüseynli, Nahid Rüstəmbəyli, Mədinə Ramazanova, Maytab Gözəlova, Mirxədicə Mirzəyeva, Nurlan Məlikov, Böyükağa Mehdizadə, Gülcənnət Hüseynova və Minə Əliyeva canlandıracaqlar.