Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin (1916–1961) anadan olmasının 108-ci ildönümündə xatirəsi yad edilib.
Mərasimdə şəhərin icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən RMİ-nin rəisi Pərvin Kazımov, digər rəsmilər, bəstəkarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bəstəkarın Filarmoniya bağındakı məzarı üzərinə tər çiçəklər qoyulub. Tarda bəstəkarın hər kəs tərəfindən sevilən “Ay işığında” mahnısı ifa olunub.