Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bu barədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müvafiq siyahıda olan 705 abidədən 163-də monitorinq aparılmayıb. Onların yerləşdiyi ərazilərdə həm relyef baxımından, həm də təhlükəsizlik məsələlərinə görə hələ ki, monitorinq aparmaq mümkün deyil.