Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924–1996) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən olan Əli Tudənin çətin və keşməkeşli həyat yolundan, yaradıcılıq mövzusundan, əsərlərinin ideya-bədii xüsusiyyətlərindən danışıblar.

Tədbirdə iştirak edən Natiq Cavadzadə atası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirin bədii hissəsində kitabxananın əməkdaşı və 158 nömrəli tam orta məktəbin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri şairin şeirlərini səsləndiriblər. Beynəlxalq müsabiqələr laureatı Maya Cəbrayılova “Təbrizə getməyim gəlir” və “Şuşanın dağları” mahnılarını ifa edib.

Sonda tanınmış şairə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Videoçarxları aşağıdakı linklərə keçid etməklə izləyə bilərsiniz:  

https://www.youtube.com/watch?v=csxZANMEqrY

https://www.youtube.com/watch?v=al_vSC1iKHE