Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin və “Job in Global” şirkətinin birgə əməkdaşlığı çərçivəsində kollecin tələbələri üçün “Yeyəcək və içəcək servisi" ("Food and beverages”) mövzusunda təlim keçirilib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimdə şirkətin təsisçisi Ceyhun Sabirli və “Premier Works” şirkətinin direktoru Ali Hamza tələbələrə masa düzümü, masa düzümünə hazırlıq, servis və boşqabları toplamaq qaydaları, servis zamanı qonaqlarla davranış, Fransa və Türkiyədə servis təcrübələri, xarici təcrübənin adaptasiyası kimi mövzularda məlumat veriblər.
Qarşılıqlı müzakirələr formatında reallaşan təlimdə daha sonra masa ətrafında praktiki servis nümayiş etdirilib. Təlimçilər tələbələrin suallarını cavablandırıblar.