Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Görüşdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Xalq şairi çıxışında müasir Azərbaycan ədəbiyyatının dünənindən, bu günündən danışıb, gənclərin ədəbiyyata marağının artırılması üçün atılmalı olan addımlardan bəhs edib.

Sabir Rüstəmxanlı daha sonra oxucuların suallarını cavablandırıb, ədəbiyyat, həmçinin Azərbaycan dili haqqında fikirlərini bölüşüb.

Tədbirin bədii hissəsində Mədəniyyət evində fəaliyyət göstərən bədii qiraət dərnəyinin üzvləri Sabir Rüstəmxanlının şeirlərini söyləyiblər.