Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evi "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib.
Yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən aksiyada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası istiqamətində müvafiq işlər aparılıb. Həmçinin Mədəniyyət evindəki rəsm kursunun şagirdləri təbiəti əks etdirən əsərlər çəkiblər.
Aksiyanın keçirilməsində məqsəd insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.