Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində şair-tərcüməçi Sabir Almazovun (1937–1976) xatirə gecəsi keçirilib.
Çıxış edənlər Sabir Almazovun həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Hacıqabul rayonunda anadan olan yazar bir sıra xalqların ədəbi nümunələrini dilimizə tərcümə edərək geniş oxucu kütləsinə çatdırıb. Şairin “Mənim səsim”, “Fikir”, “Baharla görüş” kitabları işıq üzü görüb. O, 1976-cı ildə dünyasını dəyişib.
Məktəblilər şairin şeirlərini söyləyib, sözləri Sabir Almazova məxsus olan mahnı səsləndirilib.
Şair haqqında videoçarx nümayiş etdirilib. Sonda muzeyin fondunda saxlanılan Sabir Almazova aid eksponatlardan ibarət sərgiyə baxış olub.
Nurəddin