Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Üzbəüz” adlı yeni layihəsini təqdim edib.

Layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır.

İlk qonaq şair-bəstəkar, Azərbaycan Yazıçılar Birliyi Hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu olub. Görüşdə qonaq ona ünvanlanan sualları cavablandıraraq gənclərlə maraqlı fikir mübadiləsi aparıb.

Tədbirdə Şahin Musaoğlunun “Cənab leytenant”, “İgid əsgər, möhkəm dayan!”, “Vətən əmanəti”, “Ağ ümid” və digər mahnılar filarmoniyanın solistləri Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən ifa olunub.

“Üzbəüz” layihəsi ayda bir dəfə Azərbaycanın tanınmış simalarının iştirakı ilə keçiriləcək.

Nurəddin