İyun ayının 1-dən 5-dək Bişkekdə Teatr Menecerlərinin Vaxtanqov Festivalının beynəlxalq sessiyası –“TMVF-Qırğızıstan – 2024” keçiriləcək. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini Əməkdar mədəniyyət işçisi İlham Məmmədov bu festivalda ölkəmizin teatr ictimaiyyətini təmsil edəcək.  

Bişkek tədbirinə postsovet ölkələrinin mədəniyyət industriyasının nümayəndələri toplaşacaqlar. Onlar teatr marketinqi və menecmentindəki aparıcı tendensiya ilə bağlı və öz təcrübələrini bölüşəcək, yaradıcılıq məqsədləri və beynəlxalq əməkdaşlıq məsələlərini, qastrolların təşkilini və festival hərəkatını müzakirə edəcəklər.  İlham Məmmədov “MDB ölkələrində teatr menecmenti” mövzusunda müzakirələrdə çıxış edəcək.

Forum günlərində keçiriləcək laboratoriyaların bütün iştirakçıları öz layihələrini təqdim edə biləcəklər. Beynəlxalq sessiyada şəxsən iştirak edə bilməyənlər üçün onlayn yayımlar təşkil olunacaq.

Qeyd edək ki, Teatr Menecerlərinin Vaxtanqov Festivalı 2019-cu ildən Rusiyada keçirilir.

Gülcahan