Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev irsini öyrənirik” mövzusunda intellektual bilik yarışması təşkil edilib.
Əvvəlcə mərkəzdə şagirdlər üçün ekskursiya keçirilib.
Mərkəzin direktoru Ləman Cəlilova iştirakçıları yarışmanın şərtləri ilə tanış edib.
11 komandanın qatıldığı yarışmada Texniki-humanitar təmayüllü liseyin “Xarı bülbül”, Ağstafa rayon 1 nömrəli tam orta məktəbin “Dəmir yumruq”, Köçəsgər kənd 1 saylı məktəbin “Ulduz”, Ağstafa şəhər 2 nömrəli məktəbin “Qafqaz”, Ağstafa şəhər 3 nömrəli məktəbin “Qartal” və Həsənsu kənd məktəbinin “Zəfər” komandaları 2-ci tura vəsiqə qazanıb.
Nurəddin