Zaqatala rayon Mədəniyyət Mərkəzi və Zaqatala rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Təmiz ətraf mühit – yaşıl artım ölkəsi” mövzusunda uşaq, yeniyetmə, gənclər üçün rəsm, əl işləri, şeir qiraəti, mahnı ifası, aparıcılıq və məqalə müsabiqəsi keçirilib. Müsabiqənin sonunda eyniadlı videoçarx və “Meşəyə insan gəlir” cizgi filmi təqdim etdirilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində isə rəsm studiyasının şagirdləri üçün açıq havada rəsm dərsi keçirilib. Dərsin əsas məqsədi yeniyetmə və gəncləri ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirməkdir. Dərslərin yaz və yay mövsümündə mütəmadi keçirilməsi nəzərdə tutulub.
Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dəyirmi masa təşkil edilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Nurəddin