Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan kinosu bir aləmdir” adlı layihəyə başlanılıb.

Gəncə-Daşkəsən RMİ, Gəncə şəhər Heydər Əliyev Mərkəzi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi və Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatı ilə birdə həyata keçirilən layihənin məqsədi milli kinonun təbliğ etmək, gənclərin Azərbaycan filmlərinə marağını artırmaqdır.

Layihə çərçivəsində təşkil olunan ilk seansda gənclər “Gün keçdi” bədii filmini izləyiblər.

Qeyd olunub ki, ekran əsəri 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.

Film gənclər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, layihə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına uyğun həyata keçirilir.

Nurəddin