Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı ekran əsəri 77-ci Kann Film Festivalında göstəriləcək. Ekran işi festivalın qısametrajlı filmlər müsabiqəsinin proqramına salınıb.
Müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada, Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11 qısametrajlı film seçilib.
77-ci Kann Film Festivalı mayın 14-dən 25-dək davam edəcək. Qaliblər Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən seçiləcək.