Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 6-da saat 10:00-da Qubada vətəndaşların qəbulu keçiriləcək.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti) təşkil olunacaq qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından sakinlər iştirak edəcək.

Vətəndaşlar 2 may tarixinə qədər Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin quba-khachmaz@culture.gov.az elektron poçt ünvanı və (023) 325-22-73 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.