Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illik yubileyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçirilib.

"BakuOperArt" layihəsi çərçivəsində təqdim edilən musiqi axşamında M.Qlinka, A.Qlazunov, S.Raxmaninov, M.Musorqski, Ədilə Hüseynzadə və digər görkəmli bəstəkarların vokal əsərləri ifa olunub.

Beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov, Əməkdar artistlər Fəridə Məmmədova və İlham Nəzərovun ifasında təqdim olunan proqram alqışlarla qarşılanıb. Vokal əsərlər Puşkinin şeirlərinin qiraəti ilə növbələşib.

İfaçıları pianoda layihənin musiqi rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Yuliya Kərimova (piano) müşayiət edib.