Göyçay rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Göyçay rayon komitəsinin təşkilatçılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda dəyirmi masa keçirilib.
MİHİ Göyçay rayon komitəsinin sədri Nəriman Məlikovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə keçirilən ağacəkmə kompaniyasında rayon ərazisində yaşıllıqlar salınıb, mədəniyyət işçilərinin iştirakı ilə yüzlərlə həmişəyaşıl və sərv ağacları əkilib.
“İqlim dəyişikliyi nədir?” mövzusunda videoçarx nümayiş etdirilib.
Şıxbəy kənd klubunun mədəni təşkilatçısı Şəbnəm Abdullayeva, Mərkəzi Aran RMİ-nin sektor müdiri Zəfər Hacıyev və başqaları çıxış edərək iqlim dəyişikliyinin insan əməyinə və sağlamlığına təsirindən söz açıblar.