Gəncə Dövlət Kukla Teatrında rus yazıçısı Korney Çukovskinin “Milçək Vizilçək” pyesi əsasında yeni tamaşa hazırlanıb.

Yaxın günlərdə premyerası olacaq səhnə işinin quruluşçu rejissoru Zülfiyyə Əliyeva, quruluşçu rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Aynur Cahangirovadır. Tamaşada Elmar Vəliyev, Nahidə Namazova, Nərmin Şərifova və Yeganə Məmmədova çıxış edirlər.

Teatrda həmçinin Osman Ümmanın “Xoruzun hikkəsi” tamaşasının məşqləri davam edir. Tamaşanın quruluş müəllifi teatrın baş rejissoru Şamil Məmmədli, səhnə tərtibatçısı teatrın baş rəssamı Əntiqə Bədirova, kuklaçı rəssamı Sara Məmmədova, musiqi tərtibatçısı Aytən Şərifovadır. Kukla obrazlarını teatrın aparıcı aktyorları Elmar Vəliyev, Səməd Xanəhmədov, Saleh Cümşüdlü  Zülfiyyə Əliyeva və Nərmin Şərifova canlandıracaqlar.

Nurəddin