Yazıçı, şair, publisist Aqşin Yenisey və şair, tərcüməçi, esseist Qismət Rüstəmov Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” kitab mərkəzində oxucuların qonağı olublar.
Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, yerli ictimaiyyət, gənclər iştirak ediblər.
Tədbirin moderatoru Ağalar Ağammədov yazarların yaradıcılığı barədə məlumat verib.
Diskussiya şəklində davam edən görüşdə yazarlar Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyatın funksiyası, mütaliə və onun faydaları, mədəniyyət və sənət haqqında fikirlərini bölüşüblər. Hər iki müəllif öz yaradıcılıqlarından nümunələr səsləndirib, oxucuların suallarını cavablandırıblar.
Tədbirin sonunda yazarlar kitablarını imzalayaraq iştirakçılara təqdim ediblər.
Nurəddin