Aprelin 29-da Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində şagirdlərin narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

“Narkomaniyaya yox deyək!” adlı tədbirdə çıxış edənlər bəşəri bəlanın zərərlərindən söz açıblar. Bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin əksəriyyətini gənclər təşkil edir. Belə vasitələr ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Pul tapmadıqda isə cinayətə əl atırlar.

Çıxışlarda bu qəbildən olan maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Nurəddin