Mayın 24-25-də Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanılması problemləri” mövzusunda yaz plenumu keçiriləcək.
İttifaqdan bildirilib ki, plenumda Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzurda və Qarabağda təyin olunmuş xüsusi nümayəndələrinin, Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, digər qurumların nümayəndələrinin, AMEA-nın Memarlıq və İncəsənət, habelə Arxeologiya və Antropologiya institutları əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Tədbirdə mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq, işğaldan azad edilmiş ərazilərdə bərpa edilmiş tarixi-memarlıq abidələrini əks etdirən sərgi nümayiş olunacaq.