Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında açıq dərslərin keçirilməsinə başlanılıb.

“Uzaq keçmişin izi ilə – Azərbaycanda ibtidai icma cəmiyyəti” mövzusunda ilk dərs muzeyin ekspozisiyasının “İbtidai icma cəmiyyətlərinin yaranması. Daş dövrü” və “Tunc və Erkən Dəmir dövrləri” zalında keçirilib.

Açıq dərsdə Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər. Məqsəd məktəbin tədris proqramına uyğun təşkil olunmuş açıq dərsdə şagirdləri unikal eksponatlarla əyani şəkildə tanış etmək olub.

Dərs zamanı şagirdlərə muzeyin qədim dövr maddi-mədəni irs nümunələri haqqında ətraflı məlumat verilib.