Mayın 2-də Bakı Konqres Mərkəzində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun X panel sessiyası keçirilib.

“Peace4Culture” qlobal çağırışı: Mərkəzi Asiya və Qafqazda BMTSA Gənc Sülh Qurucuları Proqramının işə salınması” mövzusuna həsr olunan sessiya BMT Sivilizasiyalar Alyansının əməkdaşı Dana Podmolikovanın moderatorluğu ilə gerçəkləşib.

Paneldə BMTSA-nın gənc sülh qurucuları Dania Abraham, Anand Cunior Bharratt, Hazhir İbrahim Əziz Əlcəf, Sarra Messaudi və Denis Adesina Danielin məruzələri dinlənilib.

Məruzələrdə gənclərlə işin prinsipləri, onlara sülh anlayışını aşılamağın meyar və üsulları haqqında məlumat verilib. Qeyd olunub ki, proqramın əsas gücü onun çevikliyi və təsirliliyidir. Burada beynəlxalq əməkdaşlıq və şəbəkələşmə amili xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Gənc Sülh Qurucuları Proqramı effektivliyini artırmaq üçün digər beynəlxalq təşkilatların da dəstəyinə ehtiyac var.

Daha sonra gənc sülh yaradıcılarının Misir, Tunis, İraq, Mərakeş və s. ölkələrdə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Lalə