Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının şəhər İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən RMİ-nin təşkilatçılığı ilə həyata keçirəcəyi daha bir layihə “Musiqinin gücü” adlanır.
Filarmoniyadan bildirilib ki, layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları olacaq.
Layihənin məqsədi klassik musiqini, milli dəyərlərin təbliğinə və insanların asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir. İlk konsert proqramı mayın 6-da Xan bağında təşkil ediləcək.