Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Məlumat bazası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Beynəlxalq ekoloji konvensiyalar”, “Azərbaycan Respublikasında ekoloji siyasət”, “İşğaldan azad edilmiş ərazilərdə ekosistem”, “İDEA” İctimai Birliyi”, “Yaşıl marafon”, “Ekoloji təqvim”, “Ekosistemin qorunması” “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Yasil_Dunya/index.html linkindən istifadə edə bilərlər.