Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialında tanınmış jurnalist Asif Mərzilinin "Sonuncu əmr" kitabının təqdimatı keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat zamanı Vətən müharibəsi şəhidi, polkovnik-leytenant, kəşfiyyatçı Orxan Əkbərova həsr olunan kitab haqqında və qəhrəman şəhidin həyat və döyüş yolundan bəhs edilib.
Sonda müəllif kitabxanaya kitablar hədiyyə edib.