Milli İncəsənət Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “açıq qapı” olacaq. Saat 11:00-da “Uşaqlar üçün incəsənət tarixi” adlı proqram, “Muzeydə kino” layihəsi çərçivəsində isə saat 17:00-da görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın Ağdam və Şuşadakı heykəllərinin tarixçəsi haqqında Azərbaycan və ingilis dillərində film nümayiş olunacaq.

Həmin gün ziyarətçilər saat 11:00-dan 19:00-dək muzeyin ekspozisiyaları ilə ödənişsiz tanış ola biləcəklər.

Lalə