Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən "Arts Olimpia – 2024" müsabiqəsində uğurla çıxış ediblər.

Müsabiqədə “Solo” nominasiyasında II sinif şagirdləri İbrahim Abbasov (müəllim Rüfət Mustafayev), Ayşənur Əhmədzadə (Rəna Əliyeva) Qran-pri mükafatına, III sinif şagirdi Raul Qəhrəmanlı (Rüfət Mustafayev),V sinif şagirdi Filiz Pənahova (Rəna Əliyeva), II sinif şagirdi Mələk Abdullayeva (Mətanət Qaracayeva), I sinif şagirdi Ayxan Quluzadə (Dilarə Əhmədova), V sinif şagirdi Fazil Əlişli (Kəmalə Abbasova) I yerə, I sinif şagirdi Toğrul Həsənzadə (Rüfət Mustafayev), II sinif şagirdi İsmayıl Kazımov (Rüfət Mustafayev) II yerə layiq görülüblər.

Məktəbin I sinif şagirdi Fəxriyyə Bağırzadə (Dilarə Əhmədova) isə III dərəcəli diplomant adını qazanıb.

“Ansambl” nominasiyasında Raul Qəhrəmanlı və İbrahim Abbasov (Rüfət Mustafayev) I yerə, Ümid Kaneyev (Rüfət Mustafayev) isə II yerə layiq görülüblər.