Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” adlı şeir qiraəti müsabiqəsi və “Heydər Əliyev zəkasının işığında müasir Azərbaycan” adlı rəsm müsabiqəsinin yekun seçim mərhələsi keçirilib.

Müsabiqədə Yasamal rayonunda fəaliyyət göstərən tam orta məktəblərin və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər.

Əvvəlcə müsabiqələr haqqında məlumat verilib, iştirakçılara uğurlar arzulanıb.

Münsiflər “Heydər Əliyev zəkasının işığında müasir Azərbaycan” adlı rəsm müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” adlı şeir qiraəti müsabiqəsinin iştirakçıları öz şeirlərini səsləndiriblər.

Sonda münsiflər iştirakçıların qabiliyyətini qiymətləndiriblər.