Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunub. Sonra Ümummilli liderin xalqımız qarşısında tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edilib. 

Bədii hissədə şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.