Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Müasir Azərbaycanın əbədiyaşar lideri” adlı tədbir keçirilib.
Tədbirdə ziyalılar, elm adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə qonaqlar mərkəzin foyesində “Heydər Əliyev zəkasının işığında müasir Azərbaycan” adlı sərgi ilə tanış olublar.
Sonra mərkəzin Muzey bölməsində Ulu öndərin büstünün önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs ediblər. Daha sonra “Dahi şəxsiyyət” adlı film nümayiş olunub.
Bədii hissədə V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri çıxış ediblər.
Sonda Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” adlı şeir müsabiqəsi və “Heydər Əliyev zəkasının işığında müasir Azərbaycan” adlı rəsm müsabiqəsinin qalibləri, həmçinin mərkəzin fəaliyyətində yaxından iştirakı ilə seçilən məktəblərin rəhbər və müəllimləri müxtəlif nominasiyalar üzrə təltif olunublar.