Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2022-ci ildə “Şuşa İli”nə töhfə olaraq ərsəyə gətirdiyi “Qarabağın incisi – Şuşa” kitabı Sarayevoda nəşr edilib.
Tərcümə Mərkəzindən bildirilib ki, kitabda Azərbaycanın qədim mədəniyyət beşiyi, Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılan Şuşanın tarixi, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığını əks etdirən mövzular əhatə olunub.
Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, Bosniya dilinə tərcümə müəllifi isə tanınmış tərcüməçi Admira Cosoviçdir.